Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 12 kafedra (Azərbaycan ədəbiyyatı tarixi, Rus ədəbiyyatı tarixi, Azərbaycan dilçiliyi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, Türkologiya, Ümumi dilçilik, Rus dilçiliyi, Dünya ədəbiyyatı, Rus dili, İngilis dili (təbiət fakültələri üzrə) İngilis dili (humanitar fakültələri üzrə), Alman və fransız dilləri kafedraları) və 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
Bakalavriat səviyyəsində 7 ixtisas - “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”, “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)”, “Filologiya (rus dili və ədəbiyyatı)”, “Filologiya (alman dili və ədəbiyyatı)”, “Filologiya (fransız dili və ədəbiyyatı)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)” ixtisaslarının məzunları ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) tədris apara bilərlər.
“Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”, “Filologiya (rus dili və ədəbiyyatı)”, “Filologiya (alman dili və ədəbiyyatı)”, “Filologiya (fransız dili və ədəbiyyatı)”, “Filologiya (ingilis dili və ədəbiyyatı)” ixtisasları üzrə məzunlar filoloji istiqamətli elmi-tədqiqat institutları, dövlət qurumları, müxtəlif müəssisələrdə filoloq mütəxəssis/məsləhətçi olaraq faaliyyət göstərə bilərlər.
Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.
“Məişət zorakılığının qarşısının alınması və mühafizə orderinin tətbiqi mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub
Dünyanın daha çox kosmosa ehtiyacı var: Azərbaycan üçün bu çağırış nə deməkdir?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Samux rayonunda vətəndaşlarla görüşüb