Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” rəqəmsal hökumət platformasına inteqrasiyası prosesi tam başa çatıb.
Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi” Qaydalarına əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilən qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir.
Elektron diplomlar artıq “mygov” rəqəmsal hökumət platforması və Elm və Təhsil Nazirliyinin (edu.gov.az) rəsmi veb-saytında bakalavr pilləsi üzrə məzunlar üçün əlçatandır.
“Məişət zorakılığının qarşısının alınması və mühafizə orderinin tətbiqi mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub
Dünyanın daha çox kosmosa ehtiyacı var: Azərbaycan üçün bu çağırış nə deməkdir?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Samux rayonunda vətəndaşlarla görüşüb