Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib. Komandamız Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə iki dəfə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan hər iki görüş voleybolçularımızın qələbəsi ilə yekunlaşıb. Yığmamız hər iki qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.
Beləliklə, komandamız Avropa çempionatına hazırlıq çərçivəsində Yunanıstan, Latviya və Belarus yığmalarının hər biri ilə iki yoxlama oyunu keçirib. Faiq Qarayevin rəhbərlik etdiyi millimiz bütün görüşlərdə qələbə qazanıb.
Azərbaycan - Belarus 3:1 (25:17, 24:26, 25:17, 25:14)
Azərbaycan - Belarus 3:1 (25:14, 25:19, 24:26, 25:15)