ABŞ Prezidenti Donald Tramp son günlər ikinci dəfə Hörmüz boğazını "ABŞ-nin yeni ərazisi" kimi göstərən Yaxın Şərq xəritəsini paylaşıb.
“İki sahil” xəbər verir ki, Amerika lideri xəritəni "Truth Social" sosial şəbəkəsində paylaşıb. Şəkildə boğaz "ABŞ-nin yeni ərazisi" başlığı ilə dairəyə alınıb.
Xatırladaq ki, Tramp daha əvvəl də Hörmüz boğazını faktiki olaraq ABŞ ərazisi hesab etdiyini bildirib. Onun sözlərinə görə, bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki əməliyyatları və strateji əhəmiyyətli su yolu vasitəsilə gəmiçilik üzərində nəzarət ilə əlaqəlidir.
Lakin beynəlxalq hüquq Hörmüz boğazını ABŞ ərazisi kimi tanımır: su yolu İran və Omanın ərazi suları arasından keçir.