Böyük Tokio ərazisində baş verən 5,9 maqnitudada zəlzələ nəticəsində xəsarət alanların sayı təxminən 40 nəfərə çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
“İki sahil” Yaponiya Yanğından Mühafizə Xidmətinə istinadla xəbər verir ki, zəlzələ avqustun 23-ü gecə baş verib.
Zərərçəkənlərin əksəriyyəti evlərində qançırlar və xəsarətlər alıb.