Qazaxıstanda Qurultay seçkiləri üzrə “exit poll”un nəticələri açıqlanıb.
“İki sahil” “Kazinform” agentliyinə istinadla xəbər verir ki, “Xabar” agentliyinin sifarişi ilə Avrasiya İnteqrasiyası İnstitutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, “Ədalət” partiyası 71,8 faiz, “Auıl” partiyası 6,4 faiz, “Respublika” 5,4 faiz, Ümummilli Sosial-Demokrat Partiyası 5,2 faiz, Qazaxıstan Demokratik Partiyası “Aq Jol” isə 5,1 faiz səs toplayıb.
Qazaxıstan Xalq Partiyası 3 faiz, Qazaxıstan Yaşıllar Partiyası “Baytak” 1 faiz səs qazanıb. Sorğu iştirakçılarının 1 faizi isə hamısının əleyhinə səs verib.
Qurultayda təmsil olunmaq üçün siyasi partiyalar ən azı 5 faiz səs toplamalıdırlar.
Xatırladaq ki, bu gün Qazaxıstanda ölkənin yeni birpalatalı parlamenti - Qurultayın deputatlarının ilk seçkiləri keçirilib.
Kuşner: Ukrayna münaqişəsinin davamlı həlli üçün təhlükəsizlik zəmanətləri vacibdir
Ukrayna, ABŞ və Avropa nümayəndələri münaqişənin tənzimlənməsini müzakirə ediblər