Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb
Daxili işlər naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin sırasından seçim edəcək