24 avqust 2026 21:23
86

Tokayev oktyabrda Ermənistana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrda Ermənistana səfər edəcək.

“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı razılığa gəliblər.

Söhbət zamanı Paşinyan Qurultaya seçkilərin uğurla keçirilməsi münasibətilə Tokayevi təbrik edib. O qeyd edib ki, səsvermənin nəticələri Qazaxıstan vətəndaşlarının Tokayevin həyata keçirdiyi islahatları geniş şəkildə dəstəklədiyini göstərir.

Qazaxıstan Prezidenti təbriklərə və xoş arzulara görə Paşinyana təşəkkür edərək, iki ölkə arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafının vacibliyini vurğulayıb.

Tərəflər həmçinin regional nəqliyyat layihələrinin həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Onlar qarşıdakı görüşlər zamanı, xüsusən də Tokayevin oktyabrda Ermənistana səfəri ərzində müzakirələri davam etdirmək barədə razılığa gəliblər.