30 avqust 2026 20:04
94

İslandiya Baş naziri: Nəticə uğursuzluq deyil, demokratiyanın qələbəsidir

"Bəli" tərəfdarı olan İslandiyanın baş naziri Kristrun Frostadottir islandiyalıların Brüssel ilə üzvlük danışıqlarının bərpasını səsvermə yolu ilə rədd etməsindən sonra vəziyyətə müsbət tərəfdən yanaşmağa çalışıb.

İki sahil”in məlumatına görə, o, bildirib ki, ölkə vətəndaşlarının Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpasını rədd etməsi "uğursuzluq deyil", əksinə, "demokratiyanın qələbəsidir".

"Tamamilə aydın şəkildə bildirmək istəyirəm: bu hökumət 2028-ci ilə qədər davam edən bu parlament çağırışı müddətində üzvlük danışıqlarını bərpa etməyəcək", – sosial-demokrat lider referendumdan bir gün sonra keçirilən mətbuat konfransında bir daha vurğulayıb.

Özü "bəli" tərəfdarı olan Frostadottirin hökumətinin təşəbbüsü ilə keçirilən referendum yüksək seçici fəallığı ilə yadda qalıb.