31 avqust 2026 08:52
73

İran Prezidenti: Biz müharibə axtarışında deyilik

İran müharibə axtarışında deyil, amma istənilən təcavüzü cavabsız qoymayacaq.

“İki sahil” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək məqsədilə Qırğızıstanın paytaxtı Bişkekə yola düşməzdən əvvəl deyib.

"Biz müharibə axtarışında deyilik və bu, indiyədək dünyaya elan etdiyimiz aydın bir mesajdır", - o bildirib.

Pezeşkianın fikrincə, regionda qeyri-sabitlik və gərginlik heç bir ölkənin xeyrinə deyil.