31 avqust 2026 09:34
168

ABŞ İslandiyanın NATO-da qalmasını istəyir

ABŞ ölkə sakinlərinin Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı danışıqları bərpa etməmək qərarına baxmayaraq, İslandiyanın NATO üzvü olaraq qalmağa davam edəcəyini gözləyir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqottun avqustun 30-da dərc olunmuş yazılı bəyanatında deyilir.

"Biz İslandiya xalqının suveren qərarına hörmətlə yanaşırıq və əminliyimizi bildiririk ki, İslandiya bundan sonra da NATO üzrə güclü və dəyərli müttəfiq, ABŞ ilə Avropa üçün yaxın tərəfdaş olaraq qalacaq", - Piqott qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton təhlükəsizlik və energetika daxil olmaqla, bütün sahələrdə İslandiya ilə tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək niyyətindədir.

İslandiyada Aİ-yə daxil olmaq barədə danışıqların bərpasına dair referendum avqustun 29-da keçirilib. RUV teleradioşirkətinin məlumatına görə, iştirakçıların 52%-dən çoxu danışıqlar prosesinin bərpa edilməsinin əleyhinədir.