31 avqust 2026 12:08
119

Madridin Seutadakı böhranın əsl miqyası barədə məlumatı yox idi - Sançes

İspaniya hökuməti ölkənin iyulun sonunda qarşılaşdığı miqrasiya böhranının əsl miqyası barədə məlumatlara malik deyildi.

“İki sahil” xəbər verir ki, bu barədə İspaniya hökumətinin sədri Pedro Sançes "Cadena SER" radiosuna müsahibəsində bəyan edib.

"İyulun 30-da və 31-də qarşılaşacağımız böhranın miqyasını əks etdirən heç bir məlumat yox idi", — deyə o, bildirib.

Baş nazir əlavə edib ki, polis kimi, ölkənin kəşfiyyat xidməti də vəziyyət haqqında hesabatları bölüşürdü.

O, Seutaya qanunsuz daxil olan miqrantların 90%-dən çoxunun artıq Mərakeşə qayıtdığını, onlardan 3222 nəfərinin avqustun 10-dan sonra geri döndüyünü qiymətləndirib. İspaniya hökumətinin rəhbəri muxtar şəhərdə 5 minədək miqrantın qaldığını göstərib. O qeyd edib ki, miqrantların qəbulu üçün yerlərin sayı 500-dən 3 300-ə çatdırılıb və tezliklə bu rəqəm 6 minə çatacaq.