Qırğızıstan prezidenti Sadır Japarov ABŞ-nin Cənubi və Mərkəzi Asiya işləri üzrə xüsusi nümayəndəsi Sercio Qor ilə görüşü zamanı Vaşinqtona respublika vətəndaşları üçün viza tələblərinin sadələşdirilməsi məsələsinə baxmağı təklif edib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidmətinin məlumatında bildirilir.
"Prezident Sadır Japarov ABŞ-yə səfər etmək istəyən Qırğız Respublikası vətəndaşlarına viza tələblərinin sadələşdirilməsi zərurətinə diqqət çəkib. Xüsusilə, Qırğızıstan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi üzrə praktiki həll yollarının axtarılması, o cümlədən viza depoziti tələbi məsələsi və müvafiq məhdudiyyətlərə yenidən baxılması imkanları müzakirə olunub", — deyə məlumatda qeyd edilir.
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir