04 sentyabr 2026 20:58
124

Səfir: “Tramp marşrutu”nun təməli gələn ilin əvvəlində qoyula bilər

“Tramp marşrutu”nun təməli 2027-ci ilin əvvəlində qoyula bilər.

“İki sahil” xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan “Semafor” portalına müsahibəsində bildirib. Səfir TRIPP-in irəlilədiyini, bu ilin sonunda layihə üzrə texniki-iqtisadi əsaslandırmanın gözlənildiyini və irəliləyişin gələn ilin əvvəlində mümkün olacağını vurğulayıb.

Diplomatın sözlərinə görə, Ermənistan TRIPP dəhlizinə sadiqliyini vurğulayır, eyni zamanda, Rusiya və İranla əlaqələrini qoruyub saxlamağa çalışır.