08 sentyabr 2026 09:11
77

Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib

Türkiyədə Kayseri Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində "Şirinlər" adı ilə tanınan yeni nəsil cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib.

“İki sahil” bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Qeyd olunub ki, şəhər üzrə mütəşəkkil cinayətkar qruplaşmaların fəaliyyətinin ifşa edilməsi istiqamətində araşdırmalar aparılıb. Kayseri mərkəzli olmaqla İstanbul, Antalya, Konya və Kırıkkale şəhərləri də daxil olmaqla 5 vilayətdə 32 şübhəliyə qarşı əməliyyat həyata keçirilib.

Polis idarəsindəki prosedurlar başa çatdıqdan və tibbi müayinədən keçirildikdən sonra 32 şübhəli məhkəməyə göndərilib. Onlardan 16-sı məhkəmənin qərarı ilə həbs olunub, 16 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.