Avropa İttifaqı sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətlərinin tətbiqi məsələsini ABŞ prezidenti Donald Trampın administrasiyası ilə rəqəmsal texnologiyalar sahəsində "kövrək barışıq" şəraitini qorumaq kontekstində nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, Brüsseldə birliyin "uşaqların platformalara çıxışını məhdudlaşdırmaq" planlarının texnologiya sahəsində tənzimləmə ilə əlaqədar Vaşinqtonla münasibətlərdə gərginliyi yenidən alovlandırmasından ehtiyat edirlər. Aİ rəsmilərindən biri bildirib: "Biz axmaq deyilik və texnologiya sahəsində lazımsız təxribatlardan qaçınırıq".
FT-nin məlumatına görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bütün rəqəmsal platformalar üçün yeni yaş həddi təklif etmək niyyətindədir. Buraya 13 yaşından kiçiklər üçün qadağa, yeniyetmələr üçün mərhələli çıxış imkanı və asılılıq yaradan funksiyaları olan oyun platformalarına qarşı mümkün məhdudiyyətlər daxildir.
Daha əvvəl Ursula fon der Lyayen sosial şəbəkələrin uşaqlara zərər vurduğunu, asılılıq və iztirab yaratdığını bəyan etmişdi.
Avropa Komissiyası sosial şəbəkələrdən istifadəyə dair ümumavropa yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı konkret planlarını bu ay açıqlamaq niyyətindədir. Təşəbbüs rəqəmsal platformaları müəyyən edilmiş yaş həddinə çatmamış uşaqların hesab açmasına yol verməmək öhdəliyi ilə təmin edə bilər.
Fransa heç vaxt olmadığı qədər Aİ-yə qarşı düşmənçilik mövqeyindədir - "Politico"