01 oktyabr 2026 11:10
92

ABŞ nüvə partlayışlarının aşkar edilməsi üzrə yeni üsullar sınaqdan keçirib

ABŞ kiçik güclü nüvə partlayışlarının aşkarlanması və ətraflı təhlili texnologiyalarını sınaqdan keçirib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Nüvə Təhlükəsizliyi üzrə Milli İdarə məlumat yayıb.

İdarənin məlumatına görə, Nevada ştatındakı poliqonda mütəxəssislər xüsusi radioaktiv indikatorlardan istifadə etməklə qeyri-nüvə kimyəvi partlayıcı maddələrin yeraltı partlayışını həyata keçiriblər. Qeyd olunur ki, sınaqların əsas məqsədi seysmik rəq патоkları yeraltı boşluqlarda sönən gizli partlayışların qeydə alınması üçün sensorların yoxlanılması və analitik modellərin kalibrlənməsi olub.

İdarədən izah ediblər ki, akselerometrlərdən, seysmometrlərdən, infrasəs və elektromaqnit sensorlardan əldə edilən məlumatlar monitorinqin hesablama alqoritmlərini yeniləməyə imkan verəcək. İdarənin xülasəsində bildirilir ki, bu, süni boşluqların süxurlarda detonasiyadan yaranan seysmik siqnalı əhəmiyyətli dərəcədə zəiflədə biləcəyi şəraitdə digər ölkələrin yeraltı sınaqlarının vaxtında eyniləşdirilməsi üçün zəruridir.