Finlandiyanın "Nokia" və "Iceye" aerokosmik şirkəti hərbi tapşırıqların həlli üçün Avropanın təhlükəsiz peyk rabitəsi sistemini birgə yaratmaq niyyətindədirlər.
“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg agentliyi şirkətlərin rəhbərlərinə istinadla məlumat yayıb.
"Nokia"nın baş direktoru Castin Hotard və "Iceye" şirkətinin rəhbəri Rafal Mocevskinin sözlərinə görə, şirkətlər 2028-ci ildən başlayaraq hər il aşağı orbitə 50-yə qədər peyk buraxmağı planlaşdırırlar. Onlar yerüstü rabitə sistemlərində nasazlıqlar yaranacağı təqdirdə hərbçilər, təcili yardım xidmətləri və nazirliklər arasında əlaqəni təmin etmək üçün Avropa ölkələrinin hökumətlərinə avadanlıq ayıracaq və peyklərə çıxış təmin edəcəklər.
Agentlik qeyd edir ki, Avropa ölkələri hakimiyyətinin öz peyk sistemlərini yaratmaq istiqamətindəki səyləri ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə münasibətlərin kəskinləşməsi ilə əlaqədardır.
"Iceye" şirkəti SAR (aperturun sintezi olunan radarı) adlanan peyklərin istehsalı üzrə ixtisaslaşıb. Çəkilişlər, o cümlədən Ukrayna Silahlı Qüvvələrinə də ötürülür. Şirkət özünü peyk əməliyyatları sahəsində dünya lideri kimi mövqeləndirir.