01 oktyabr 2026 12:51
117

Səudiyyə Ərəbistanı İsrailin təxliyəsi təyyarələrini qəbul etməyib

Səudiyyə Ərəbistanı Tel-Əvivin sentyabrın 30-da təcili eniş etmiş "Flydubai" reysinin sərnişinlərini təxliyə etmək üçün Təbük hava limanına giriş sorğularını rədd edib.

“İki sahil” xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Vəziyyətlə tanış olan mənbə agentliyə bildirib: "İsrail birbaşa Təbük hava limanına iki və ya üç hərbi təyyarənin daxil olması üçün icazə istəyib. Buna rədd cavabı verilib. Daha sonra onlar kommersiya təyyarəsinin qəbul edilməsini xahiş ediblər. Buna da etiraz edilib".

Sentyabrın 30-da Dubaydan Tel-Əvivə uçan "Flydubai" sərnişin təyyarəsi ələ keçirilmə siqnalı vermişdi. Daha sonra layener Səudiyyə Ərəbistanında eniş edib. 

Bundan əvvəl Ynet portalı Səudiyyə Ərəbistanından göyərtəsində israillilər olan təxliyə reysini həyata keçirən "Flydubai" təyyarəsinin Tel-Əviv yaxınlığındakı Ben-Qurion aeroportuna endiyini bildirmişdi.