Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında yazıb. Məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib. "Dəyərli həmkarımı bu yüksək təltif münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayıram. Cüdo idman növünün inkişafına göstərdiyi diqqət və dəstəyə görə cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk", - deyə ACF rəhbəri vurğulayıb.
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək