05 oktyabr 2026 11:20
121

ABŞ-nin Qrendlandiyadakı yeni hərbi bazaları 2030-cu ilə qədər qismən fəaliyyətə başlayacaq

ABŞ-nin Qrenlandiyadakı yeni hərbi bazaları 2030-cu ilə qədər olan dövrdə məhdud rejimdə işləməyə başlayacaq, lakin onların tam istismara verilməsi 10 ilə qədər vaxt apara bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Rapporteur" portalı məlumat yayıb.

Sentyabrın 22-də ABŞ, Danimarka və Qrenlandiya tərəfindən imzalanmış sazişə əsasən, Vaşinqton Narsarsuakda və Mester-Viqdə baza açacaq. Pituffik kosmik bazasının isə modernləşdirilməsi və genişləndirilməsi planlaşdırılır.

Danimarkanın "Rasmussen Global" konsaltinq şirkətinin tərəfdaşı Rasmus Bertelsenin sözlərinə görə, Narsarsuakdakı obyekt uzun uçuş-enmə zolağı və daha mülayim iqlim sayəsində əsas logistik mərkəzə çevrilə bilər. O bildirib: "Bu, kəşfiyyat təyyarələrinin və PUA-ların yanacaq doldurması və ya yerləşdirilməsi üçün təbii yerdir". Norveç Hərbi Akademiyasının dosenti Qabriella Qritsiusun fikrincə, əsas məqsəd xüsusilə Qrenlandiya, İslandiya və Böyük Britaniya arasında Şimali Atlantikadakı strateji GIUK dəhlizinə nəzarətin yaxşılaşdırılmasıdır.