Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazı yaxınlığında yerləşən Zübab rayonu üzərində nəzarəti bərpa ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı məlumat yayıb.
Onun məlumatına görə, Yəmənin "Əl-Əmalika" ("Nəhənglər briqadaları") və "Dar əl-Vətən" ("Vətən qalxanı") bölmələri üsyançı "Ənsar Allah" hərəkatının (husilər) dəstələrini bu rayondan çıxarıblar. Qeyd olunur ki, hökumət qoşunları aviasiyanın dəstəyi ilə Kaxbub dağları istiqamətindən rəqibin mövqelərini yan keçiblər.
Telekanala daxil olan məlumata görə, Zübabın azad edilməsindən əvvəl bu rayonda şiddətli döyüşlər gedib. Hücum nəticəsində Yəmən ordusu husilərin təchizat xətlərini demək olar ki, tamamilə kəsməyə nail olub.
Gürcüstan ukraynalı qaçqınlar üçün sosial ödənişlərin müddətini yanvarın 1-dək uzadıb