Türkiyənin Ərzurum şəhərində Ərzurum İnkişaf Vəqfinin təşəbbüsü, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi, Şərqi Anadolu İxracatçılar Birliyi, Şərqi Anadolu Jurnalistlər Cəmiyyətinin və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə “30-cu Sultan Səkisi: Zəngəzur dəhlizi” konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, Ərzurum Valisi Aydın Baruşun, dövlət, qurum, təşkilat nümayəndələrinin, elm və iş adamlarının iştirak etdiyi konfransın builki əsas mövzusu “Zəngəzur dəhlizi” və onun region iqtisadiyyatına, xüsusilə Şərqi Anadolu bölgəsinə gətirəcəyi yeniliklər, dəhlizin Türkiyə, Azərbaycan, Qafqaz və Mərkəzi Asiya üçün açacağı yeni ticarət imkanları olub.
Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev iştirak edib.
Akademik çıxışında Zəngəzurun tarixi, etnik tərkibi, dəhlizin yaranması, hazırda dəmiryolu xəttində görülən işlərin mövcud vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, 1920-ci ildə Zəngəzur Rusiya tərəfindən “mübahisəli ərazi” elan edilmiş, sovet rəhbərliyi tərəfindən Azərbaycandan qopardılaraq Ermənistana verilməsi nəticəsində Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru əlaqəsi kəsilmişdir. İkinci Qarabağ müharibəsində əldə edilən Zəfərin yaratdığı reallıq fonunda Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşdırılan layihələr Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həmçinin Türkiyə və digər beynəlxalq nəqliyyat xətlərinə çıxış imkanları yaradacaq.
Konfransda xatirə olaraq kitablar hədiyyə edilib.
Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil - Gülnar Rzayeva
Beynəlxalq Astronavtika Konqresində kosmik texnologiyaların təhsilə inteqrasiyası müzakirə olunur
ETİHİ Respublika Komitəsi bölgələrdə müəllimləri peşə bayramı münasibətilə təbrik edib