Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə "Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən 4004 nəfəri Birinci Qarabağ, 6-sı isə İkinci Qarabağ müharibəsində itkin düşüblər.
DTX rəisi həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdən 32 kütləvi məzarlıq aşkarlanıb:
"Həmin məzarlıqlardan 253 nəfərin meyiti qalıqları ekshumasiya edilib".
Keyfiyyətli və təhlükəsiz dərman təminatı: Nəzarət mexanizmləri necə təkmilləşdirilir?
August Hanninglə bağlı bəzi xarici mediada Azərbaycanın adının hallandırılması qarayaxmadır
Əli Nağıyev: Ermənistan itkinlərlə bağlı şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb
Bu gün Bakı, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bəzi ərazilərində işıq olmayacaq