08 oktyabr 2026 08:00
140

Nizami rayonunun dörd küçəsində qaz təchizatı dayandırılacaq

Bu gün Bakının Nizami rayonunun dörd küçəsində qaz təchizatı dayandırılacaq.

“İki sahil” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. Məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun M. Abbasov, K. Balakişiyev, Nəsimi, Ə. Əzimzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.