08 oktyabr 2026 17:55
104

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib 

Milli Məclisin deputatı Könül Nurullayeva ofisinə daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib.

“İki sahil” xəbər verir ki, millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaq.