18 oktyabr 2026 12:39
106

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turniri start götürüb

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turniri start götürüb. Azərbaycan cüdoçuları ilk yarış günündə 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Nazir Talıbov (-66 kq), Kamran Süleymanov (-73 kq), Fəridə Mirzəyeva (-52 kq) və Ülviyyə Bayramova (-57 kq) finaladək irəliləyərək turnirin gümüş medallarına sahib olublar.

Rəşad Yelkiyev (-66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi -73 kq) və Gülnarə Bayramova (-57 kq) isə bürünc medal qazanıblar.

İki gün davam edən Asiya Açıq Turnirində 7 ölkədən 182 idmançı mübarizə aparır.