18 oktyabr 2026 14:02
109

Misir Səudiyyə Ərəbistanına hərbi yardım edəcək

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin sədrlik etdiyi Milli Müdafiə Şurasının iclasında Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.

Şuranın qərarında bildirilir ki, “Misir Səudiyyə Ərəbistanına hər cür yardım və dəstək göstərəcək”.