21 oktyabr 2026 18:26
106

“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın kapital bazarlarının inkişafında və investisiya ekosisteminin formalaşmasında mühüm rol oynayan “PAŞA Kapital” İnvestisiya Şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, memorandumu “PAŞA Kapital”ın Baş İcraçı Direktoru İsi Mustafayev və İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov imzalayıblar.

İmza mərasimində hər iki qurumun nümayəndələri iştirak edərək əməkdaşlığın əsas istiqamətləri və gələcək birgə təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Əməkdaşlığın əsas məqsədi maliyyə savadlılığının artırılması, investisiya mədəniyyətinin inkişafı və innovativ təşəbbüslərin dəstəklənməsidir. Həmçinin memorandum çərçivəsində geniş ictimaiyyət üçün maliyyə və investisiya sahəsində birgə təlimlərin, seminarların, ustad dərslərinin və mentorluq proqramlarının təşkili nəzərdə tutulur.

“PAŞA Kapital İnvestisiya Şirkəti”nin məhsul və xidmətləri, həmçinin fəaliyyəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.