Türkiyə 2027-ci ilin əvvəlindən etibarən yerli xəritə və naviqasiya tətbiqindən istifadə etməyi planlaşdırır. Ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib ki, məqsəd mobil telefonlarda istifadə olunan xarici naviqasiya proqramlarını yerli və milli həll ilə əvəzləməkdir.
“İki sahil” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumatıa görə, nazir bu barədə Bursa Texniki Universitetində 2026–2027-ci tədris ilinin açılışı və fəxri doktorluq mərasimində danışıb. Caspianinfo.az xəbər verir ki, Kaçır yerli xəritə və naviqasiya sistemini strateji əhəmiyyət daşıyan texnologiya sahəsi kimi qiymətləndirib.
Nazirin sözlərinə görə, gündəlik istifadə üçün nəzərdə tutulan rəqəmsal tətbiqlər də məlumatların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Buna görə Türkiyə 2027-ci ilin əvvəlindən etibarən telefonlarda xarici naviqasiya tətbiqlərindən imtina edərək tamamilə yerli sistemdən istifadəyə hazırlaşır.
Kaçır layihənin həyata keçirilməsində Türkiyənin yerli avtomobil istehsalçısı “Togg”un da mühüm töhfəsinin olduğunu bildirib. Onun sözlərinə görə, təşəbbüs müxtəlif texnologiya və sənaye sahələrinin əməkdaşlığına əsaslanan ekosistem layihəsi kimi reallaşdırılır.
Nazir çıxışında Türkiyənin çip texnologiyaları, peyk və kosmik sistemlər sahəsindəki planlarına da toxunub. O, ölkənin texnoloji imkanlarını genişləndirmək və strateji sahələrdə yerli istehsalı gücləndirmək məqsədilə yeni layihələr üzərində iş aparıldığını qeyd edib.
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək