Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ümm əl-Kveyn əmirliyində tankerdən neft sızması səbəbindən bütün çimərliklər və sahil əraziləri müvəqqəti bağlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə “The Arab Weekly” nəşri məlumat yayıb.
BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin məlumatına görə, hazırda neft sızmasının qarşısının alınması və ətraf mühitə təsirinin qiymətləndirilməsi istiqamətində tədbirlər görülür.
Çimərliklər mütəxəssislər ekoloji qiymətləndirməni başa çatdırana və dəniz mühitinin qorunması üçün zəruri tədbirləri müəyyənləşdirənədək bağlı qalacaq.
Nazirlik balıqçıları, sakinləri və turistləri sahil ərazilərindən uzaq durmağa, rəsmi göstərişlərə əməl etməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl Şarja, Əcman və Ümm əl-Kveyn ərazilərində yanacaq və ya qaz sızmasını xatırladan kəskin qoxunun yayıldığı bildirilmişdi.
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Kim Çen In KXDR-də dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını tapşırıb