Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunması, kənd təsərrüfatı torpaqlarının suvarma suyu ilə təmin edilməsi və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir.
"İki sahil" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib. O bildirib ki, Qəbələ rayonunda Yengicə su anbarının tikintisinə başlanılıb: "Yengicə su anbarı 10 min hektar torpağın suvarılmasına xidmət edəcək Qəbələ rayonunda, Qaraçay və Vəndamçay çaylarının birləşdiyi ərazidə inşa edilən Yengicə su anbarının layihə üzrə ümumi həcmi 17,5 milyon kubmetrdir. Anbarın həcmi 5 milyon kubmetr nəzərdə tutulub."
A.Quliyev bildirib ki, ayihəyə əsasən, bəndin hündürlüyü 45 metr, uzunluğu 449,5 metr, eni isə 10 metr olacaq.
Su anbarının əsas məqsədi Qəbələ rayonunda 10 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsidir. Bu ərazilərin 3400 hektarını mövcud əkin sahələri, 6600 hektarını isə təyinatı dəyişdirilmiş yeni torpaqlar təşkil edir.
Layihənin icrasına 2024-cü ildə başlanılıb və 2027-ci ildə başa çatdırılması planlaşdırılıb".