Həkəriçay üzərində 100 milyon kubmetrlik su anbarı tikiləcək.
"İki sahil"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Su Ehtoyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib: "Laçın rayonunda Həkəriçay çayı üzərində içməli su təyinatlı su anbarının tikintisi də nəzərdə tutulub: "2026-cı il iyulun 11-də Prezidentin iştirakı ilə layihənin təməlqoyma mərasimi keçirilib."
A.Quliyev bildirib ki, su anbarının ümumi həcmi 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olacaq: "Layihə yalnız içməli su təminatı məqsədilə nəzərdə tutulub. Layihəyə əsasən, 172 kilometr uzunluğunda magistral su xətti vasitəsilə Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Xocavənd və Ağdam rayonlarında yaşayan təxminən 700 min nəfərin içməli su təminatının yaxşılaşdırılması planlaşdırılır."
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı panel keçiriləcək
Xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş əməkdaşın ailəsi ziyarət edilib