ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Çinpinlə görüşünün, eləcə də nüvə tərəksilahı üzrə danışıqların planlaşdırıldığını bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bizim artıq ÇXR Sədri Si Çinpinlə görüşümüz planlaşdırılıb. Bundan əlavə, nüvə tərəksilahı üzrə də görüş nəzərdə tutulub. Bildiyim qədərilə, bu, çox vacib, bəlkə də ən vacib görüşdür. Biz müxtəlif ölkələrin nüvəsizləşdirilməsindən danışırıq", — deyə o, Texas ştatından qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə bildirib.
Tokayev dünyadakı vəziyyətin Soyuq müharibə dövründən daha mürəkkəb olduğunu bəyan edib
Aİ ölkələri Ruandada sığınacaq verilməyən miqrantlar üçün mərkəz yaratmaq niyyətindədir