İranla müharibə zamanı itirilmiş hərbi texnikanın əvəzlənməsi üçün Pentaqona 6 milyard dollardan çox vəsait lazım gələcək.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, söhbət həmçinin sıradan çıxarılmış uçuş aparatlarının, o cümlədən bahalı kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının (PUA) əvəzlənməsindən gedir.
Daha əvvəl "The Hill" qəzeti ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərclərinin 47 milyard dollara çatdığını bildirmişdi.
Tokayev dünyadakı vəziyyətin Soyuq müharibə dövründən daha mürəkkəb olduğunu bəyan edib
Aİ ölkələri Ruandada sığınacaq verilməyən miqrantlar üçün mərkəz yaratmaq niyyətindədir