25 noyabr 2026 11:32
130

Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, bu gün Bakıda keçiriləcək Forumda “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və perspektivlər” mövzusunda müzakirələr aparılacaq, həmçinin Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planı (“Yol xəritəsi”) imzalanacaq.