Ermənistan parlamentindəki müxalifət Azərbaycanla sülhün əldə olunması yolunda son maneədir.
“İki sahil” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
"Bu gün parlament müxalifəti sülhə gedən yolda son maneədir. Onlar konstitusiya referendumunun keçirilməsinə səs verməlidirlər", – hökumət başçısı vurğulayıb.
Paşinyan parlament müxalifətinin konstitusiya referendumunun keçirilməsinin lehinə səs verəcəyinə əminliyini ifadə edib.
Baş nazir əlavə edib ki, Ermənistan institusional dövlətə çevrilməlidir.
Rusiya ordusunun PUA bölməsinin daimi yerləşdirilmə məntəqəsinə zərbə endirilib
Ukraynada kritik infrastruktur obyektləri ilə bağlı məlumatların yayılmasına qadağa qoyulub
Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür