27 yanvar 2017 18:30
395

ABŞ strateji neft ehtiyatlarını satır

ABŞ strateji xam neft ehtiyatlarının satışına başlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji Departamenti məlumat yayıb.

Bildirilir ki, ölkənin strateji xam neft ehtiyatlarının bir hissəsi sözügedən sistemin infrastrukturunun modernləşdirilməsi xərclərində istifadə edilmək üçün satılacaq. Ümumilikdə 695,1 milyon barrel olan ABŞ-ın strateji xam neft ehtiyatlarının 8 milyon barrelinin satışı üçün tender keçirilib. 21 şirkət 157 tender təklifləri təqdim edib. “Shell Trading” və “Phillips 66” şirkətləri ilə ümumilikdə 6,4 milyon barrel neftin satışı üzrə müqavilələr imzalanıb.