Yəqin ki, hamınız belə bir bir aforizm eşitmisiniz: “Gündə 1 alma ye, həkimdən uzaq ol”
Heç bir qida sizi xəstəlikdən tamamilə qoruya bilməsə də, müəyyən qədər öz köməyini göstərir. Alma qidalandırıcı meyvə hesab olunmaqla yanaşı, həm də sizə rahatlıqla artıq çəkidən xilas olunmaqda və s. bu kimi sağlamlıqla bağlı məsələlərdə kömək edəcək . Bəs siz hər gün alma yeyirsinizmi? Yeyirsinizsə onun xeyir və ziyanından xəbərdarsınızmı?
Almanın faydası
Bir böyük almanın tərkibindəki lifdə düşündüyünüzdən daha çox xeyir var. “PloS One” jurnalında nəşr olunan məqalədə almanın tərkibində orqanizmi artıq yağlardan xilas edən pektin adlı suda həll olan liflərin olduğu qeyd edilir. Tədqiqatçılar pektin lifinin insanda toxluq hissi yaratdığını və artıq çəki ilə mübarizədə rolunun böyük olduğunu qeyd edirlər. Eyni zamnda almanın tərkibindəki pektin lifi qandakı xolestrolun səviyyəsini sabit saxlayaraq, bağırsaqların normal işləməsini tənzimləyir, ürək xəstəliklərinə və diabet xəstəliyinin hər iki növünə yoluxma riskini azaldır. Sübut olunub ki, pektin lifi bağırsaqları xərçəngdən qoruyur. Araşdırmalar göstərir ki, sağlam kişilər gün ərzində 38 qr pektin lifi, qadınlar isə 25 qr pektin lifi qəbul etməlidirlər. Böyük bir alma isə sizin gündəlik pektin ehtiyacınızın 13-20 %-ni ödəyir. Alma vitamin C kimi antioksidantla zəngindir və xəstəliklərlə mübarizə aparmaqda daha güclü vasitədir. 2005-ci ildə “Annals of Oncology”də nəşr olunan məqalədə bildirilir ki, gündəlik bir və ya daha çox alma yeməklə xərçəngin 1 çox növündən- döş, bağırsaq, yumurtalıq, qida borusu və s. qorunmağa kömək edir. Tərkibi vitamin C kimi “quercetin”, “catechins” və “chlorogenic” antioksidantları ilə zəngindir. Qeyd edək ki sadaladığımız bu antioksidantlar almanın tərkibində digər meyvələrlə müqayisədə daha çoxdur.
Almanın ziyanı
Siz hər gün alma yeməyin 1 neçə ziyanı ilə tanış olacaqsınız. Hər gün alma yemək həzm sistemində köpün yaranmasına da bunun da sizi narahat etməsinə səbəb olur. Bəzi insanlar alma və digər bu kimi meyvələrə qarşı allergiya mövcuddur. Buna səbəb almanın tozlu olması, yaxşı yuyulmaması ola bilər . Bəzən bu allergik təsir özünü qusma və ishal ilə də göstərir. Bu zaman siz almanın qabığını soyaraq da yeyə bilərsiniz.
Araşdırmalar göstərir ki alma dişlərə ciddi təhlükə yaradır. Müntəzəm olaraq, alma yeyən şəxslərin dişlərində problemin yaranma riski digərlərindən 3,7 dəfə artıqdır. “Environmental Working Group”a görə alma “zərərli” meyvələr sırasındadır. Buna səbəb daha çox geni dəyişdirilən meyvə olmasıdır.
Leyla Şıxəliyeva, “İki sahil”