Aprel ayında BTC kəməri ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunmuşdur
2017-ci ilin aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 242 min 574 ton Azərbaycan nefti nəql olunmuşdur.Cari ilin yanvar- aprel aylarında bu kəmərlə 8 milyon 724 min 383 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il may ayının 1-ə qədər BTC-yə 330 milyon 262 min 445 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin aprel ayında BTC kəməri ilə 546 min 171 ton Türkmənistan nefti nəql olunub.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb