2017-ci ilin aprel ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 13983 metr qazma işi həyata keçirilmişdir.Bu sahədə görülmüş işlərin 12210 metri istismara, 1773 metri isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 49596 metr qazma işi görülmüşdür ki, bunun da 45619 metri istismara, 3977 metri isə kəşfiyyata aid olmuşdur.
2017-ci ilin aprel ayında qazmadan alınmış 6, il ərzində isə 23 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb