03 may 2017 18:32
275

SOCAR-ın Daxili Təqaüd Proqramı üzrə test mərhələsi mayın 6-da keçiriləcək

SOCAR-ın Daxili Təqaüd Proqramı üzrə test mərhələsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 6-da keçiriləcək.

AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, namizədlər artıq DİM-in internet səhifəsində (www.tqdk.gov.az) şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodunu daxil edərək, "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Test imtahanına yalnız şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsi olanlar buraxılacaq. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, namizədlər imtahana buraxılmayacaq.