03 may 2017 22:25
374

Liviya neft hasilatını 2014-cü ildən bəri ən yüksək həddə çatdırıb

Liviyanın xam neft istehsalı 2014-cü ilin dekabrından indiyədək ilk dəfə sutkada 760 min barreli ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyası (NOC) məlumat yayıb.

Korporasiyanın rəhbəri Mustafa Sanalla deyib: "Şirkət gələcəkdə də hasilatı artırmağı nəzərdə tutur. Ölkə iqtisadiyyatı ixrac gəlirlərinin 95 faizini təşkil edən neft sektorundan asılıdır. Bundan başqa, neft və qaz sektoru ÜDM-in 60 faizini təşkil edir".

2016-cı ildə ölkənin neft gəlirləri 8,6 milyard dinara (6,1 milyard dollar) yaxın olub.