“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 26 yaşayış məntəqəsinə təbii qaz verilib.
Bu barədə Trend-ə qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilir ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” İB tərəfindən cari ilin yanvar-aprel ayları ərzində 946,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 60,3 km qaz kəməri əsaslı təmir olunub.
Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Oğuz, Ucar, Quba, Qusar, İmişli, Saatlı, Sabirabad və Masallı rayonları üzrə 26 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb