İran İslam Respublikasının paytaxtı Tehran şəhərində “İran Oil Show - 2017” 22-ci Beynəlxalq neft-qaz, neft emalı və neft kimyası sərgisi işinə başlayıb.
Sərgidə Rusiya, Çin, ABŞ, Almaniya, Fransa, İtaliya, Yaponiya, İspaniya, Cənubi Koreya, Türkiyə, Avstraliya da daxil olmaqla dünyanın 37 ölkəsindən 1500 xarici və 2500-ə qədər yerli şirkət iştirak edir. Rəsmi aşılış mərasimində İranın birinci vitse-prezidenti Pərviz Davidi, neft naziri Bican Zənqane, sərginin əsas təşkilatçısı - İran Milli Neft Şirkətinin icraçı direktoru Əli Kardor və digər rəsmi şəxslər iştirak etmişlər. 6-9 may tarixlərində keçirilən sərgidə SOCAR-ın stendi böyük maraq doğurub. SOCAR-ın nümayəndələri iştirakçılara Azərbaycanın neft və qaz sənayesində baş verən yeniliklər, əldə olunan uğurlar, şirkətin ölkə daxilində və beynəlxalq layihələrdə rolu barədə ətraflı məlumat vermiş, müxtəlif şirkət nümayəndərinin SOCAR-la əməkdaşlıq imkanları nəzərdən keçirilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb