08 may 2017 21:35
417

2016-cı il üçün hesabat yığıncağı keçirilib

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin 2016-cı il üçün hesabat yığıncağı keçirilmişdir

08 may 2017-ci il tarixində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində idarənin 2016-ci il üçün hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti cənab Xalik Məmmədov, şirkətin idarə rəhbərləri və digər məsul şəxslər iştirak etdilər. 2016-cı il ərzində görülən işlər və əldə edilən nailiyyətlər haqqında məruzə ilə çıxış edən TTSİ-nin rəisi Fuad Süleymanov təlim, tədris və sertifikasiya sahəsində idarənin şöbələrinin fəaliyyəti, təlim mərkəzlərində kadr hazırlığı, sertifikasiya, beynəlxalq əlaqələr, tikinti, maliyyə-təsərrüfat, xərclər və s haqqında ətraflı məlumat verdi və məruzə ilə bağlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı. Ümumilikdə idarənin 2016-cı ildə gördüyü işlər SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti cənab Xalik Məmmədov tərəfindən müsbət qiymətləndirilərək qənaətbəxş hesab edildi.

Bununla yanaşı daha yüksək hədəflərə nail olmaq, təlim, tədris və sertifikatlaşdırma işinin beynəlxalq standartların tələbləri səviyyəsində təşkilini daha da inkişaf etdirmək üçün bundan sonra da idarənin fəaliyyətinin genişləndirilməsi mühüm məsələ kimi tapşırıldı.