SOCAR-ın idarə və müəssisələrində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər keçirilmişdir
Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ölkəmizin hər yerində olduğu kimi, SOCAR-ın idarə və müəssisələrində də geniş qeyd olunur, bu münasibətlə silsilə tədbirlər keçirilir.“Azneft” İstehsalat Birliyində, Hеydər Əliyеv аdınа Nеft Emаlı Zаvоdunda, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda, Qaz emalı zavodunda və SOCAR-ın digər sturktur bölmələrində müəssisə rəhbərləri və əmək kollektivinin üzvləri xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoymuş, onun əziz xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda keçirilmiş tədbirdə zavodun direktoru Roman Nağıyev və “BOS-Şelf” MMC-nin baş direktorunun müavini Nazim Hüseynov çıxış edərək, Heydər Əliyevin həyat və fəaliyyətindən danışmış, onun müəllifi olduğu enerji strategiyasının Azərbaycanın inkişafına verdiyi töhfələrdən, Ulu öndərin adını daşıyan zavodda icra olunmuş uğurlu layihələrdən söz açmışlar. Çıxışlarda qeyd olunmuşdur ki, bu nəhəng istehsal müəssisəsi 13 ildir ki, Ulu öndərin adını daşıyır. Onun təşəbbüsü ilə həyata vəsiqə alan zavod dahi liderin müəyyənləşdirdiyi uğurlu neft-qaz siyasətinin həyata keçirilməsində öz töhfəsini verməkdədir. Bildirilmişdir ki, Heydər Əliyev zavodun tikintisi zamanı bütün mərhələlərdə görülən işlərlə yaxından maraqlanmış, istehsalat müşavirələri keçirmişdir. Müstəqillik dövründə isə zavod öz potensialı ilə bir sıra layihələrin, xüsusilə də “Əsrin müqaviləsi”nin icrasında mühüm rol oynamışdır.
Qaz emalı zavodunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə zavodun direktoru Aqşin Paşayev, Həmkarlar İttifaqı komitəsinin sədri Əli Mahmudov çıxış edərək Ulu öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, enerji strategiyasının uğurla həyata keçirilməsindən danışmış, dahi rəhbərin parlaq xatirəsinin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulamışlar.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb