Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) anım tədbiri təşkil olunmuşdur. Əvvəlcə zavodun və “BOS-Şelf” MMC-nin kollektivi dahi öndərin zavodun qarşısında ucaldılan abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoymuşlar.
Zavodun direktoru Roman Nağıyev Ulu Öndərin həyat və fəaliyyətindən söz açmış, onun adını daşıyan müəssisədə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə etmişdir. Dahi liderlə bağlı təəssürat və xatirələrini bölüşən direktor Azərbaycanın çiçəklənməsi yolunda Ulu Öndərin fəaliyyətini yüksək dəyərləndirmiş, xüsusilə iqtisadi islahatların, neft-qaz strategiyasının ölkənin inkişafına verdiyi töhfələrdən ətraflı bəhs etmişdir.
“BOS Şelf” MMC-nin baş direktorunun müavini Nazim Hüseynov Ümummilli Liderin adını daşıyan zavodda fəaliyyətdən şərəf duyduğunu dilə gətirmiş, ölkə başçısının diqqət və qayğısı ilə icra olunmuş uğurlu layihələrdən söz açmışdır.
Çıxışlarda qeyd olunmuşdur ki, Ulu Öndərin təşəbbüsü ilə həyata vəsiqə alan zavod dahi liderin müəyyənləşdirdiyi uğurlu neft-qaz siyasətinin həyata keçirilməsində öz sözünü deməkdədir. Bu unikal istehsalat müəssisəsi Heydər Əliyevin ideyası, Onun diqqət və qayğısı ilə tikilmişdir. Heydər Əliyevin əməyinin, iradəsinin, prinsipiallığının nəticəsində Onun təkidi ilə SSRİ Nazirlər Sovetinin Bakı şəhərində dərin dəniz özülləri üçün dayaq hissələri hazırlayan zavodun tikilməsi barədə qərarı qəbul olundu. Ulu öndər Heydər Əliyev tikintinin bütün mərhələlərində görülən işlərlə yaxından maraqlanır, dəniz neftçilərinin iş yerlərində tez-tez istehsalat müşavirələri keçirirdi. Müstəqillik dövründə isə zavod öz potensialı ilə bir sıra layihələrin, xüsusilə də “Əsrin müqaviləsi”nin icrasında mühüm rol oynadı. BDÖZ-ün mövcudluğu beynəlxalq layihələrin icra tempini dəfələrlə sürətləndirdi.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb