23 may 2017 14:31
327

Müdafiə nazirlərinin görüşü keçiriləcək

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda mayın 23-də keçiriləcək növbəti görüşündə iştirak etmək üçün Batumi şəhərinə gəlib.

"İki sahil" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məhərrəm Ağalaroğlu