Yevlax rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir.
Rayon Statistika İdarəsində AZƏRTAC-a bildiriblər ki, rayon üzrə 3440 hektar sahədə payızlıq şum qaldırılıb. 1037,7 hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər, o cümlədən 708,7 hektarda xəsil arpa, 329 hektarda dən üçün buğda və arpa səpilib. Bundan başqa, dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq cari ilin məhsulu üçün 946,1 hektar sahədə təkrar əkin aparılıb.